Misli Premyer Liqasının 2025/26 mövsümünün arxada qalan ilk hissəsində klublar 35 qapıçı sifariş edib.
Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, onlardan 23-ü yerli, 12-si legioner statusuna maikdir.
Bu qolkiperlərdən 13-ü meydana çıxmayıb. Baş tutan 16 turda 12 komanda 22 qapıçıya güvənib. Əlcək sahiblərindən 17-si quru oyun keçirməyə nail olub.
Ən çox matçda qapısını toxunulmaz saxlayan “5-lik”:
1. Oleq Baklov (“Turan Tovuz”) – 8 quru (15 oyun)
2. Stas Pokatilov (“Sabah”) – 8 (16)
3. Andrey Sinenka (“İmişli”) – 7 (16)
4-5. Kenan Piriç (“Neftçi”) – 6 (16)
Rikardo Fernandes (“Şamaxı”) – 6 (16)
Mövsümün ilk hissəsinin ən uzun quru oyunlar seriyası 5 matçdan ibarətdi. Sinenka ilk 5 turda qapısını toxunulmaz saxlayıb. Baxmayaraq ki, onun əvəzlənməsindən sonra komandası qol buraxıb. Andrey yalnız VI turda Premyer Liqada keçirdiyi 529-cu dəqiqədə topu qapısında görüb. Bu, mövsümün rekordudu.
Şahrudin Məhəmmədəliyevin quru seriyası isə davam edir. II tura təsadüf edən ilk matçda qol buraxan “Qarabağ”ın qolkiperi sonrakı 5 matçda qapısını toxunulmaz saxlayıb. Onun seriyası 468 dəqiqəyə bərabərdi.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC