WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün müəyyənləşdirdiyi qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix açıqlanıb.

Bu barədə Presssport.az-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Qaydalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Siyahı Azərbaycan dilinə tərcümə olunub. Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC