“Futbol+” qəzetinin tarixində 27-ci dəfə ölkənin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticələri bəlli olub.
Presssport.az xəbər verir ki, səsvermə nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu "Qarabağ"ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyev seçilib.
Millimizin 25 yaşlı üzvü sorğuda ən yaxın izləyicisi olan həmklubu Bəhlul Mustafazadəni qabaqlayıb.
Sıralamada digər yerləri müvafiq ardıcıllıqla Toral Bayramov, Xəyal Əliyev, Abdulla Xaybullayev, Rüfət Abbasov, Nəriman Axundzadə, Qismət Alıyev, Anton Krivotsyuk və Ceyhun Nuriyev tutub.
Elvin 2019/20 mövsümündə “Sumqayıt”da icarə əsasında oynadıqdan sonra - 2019-cu il iyulun 1-də “Qarabağ”la yeni müqavilə bağlayıb.
“Transfermark”da dəyəri 1,5 milyon avro göstərilən Cəfərquliyev Azərbaycan milli komandasında 33 oyun keçirib, 1 qol vurub.
Onu da bildirək ki, sorğuda iştirak edən Presssport.az-ın sıralaması də belə olub:
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC