Fərid Qayıbov: “İdmançı elə davranmalıdı ki, ona bənzəmək istəsinlər” - VİDEO

“Əsas məsələ təkcə qalib gəlmək deyil, eyni zamanda gənc nəsil üçün canlı nümunə olmaqdı”.

Presssport.az xəbər verir ki, bunu “PODKAT” layihəsində iştirak edərkən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bildirib. 

O qeyd edib ki, tək medal qazanmaq, idmançı elə davranmalıdır ki, gənclər ona bənzəmək istəsinlər. Bu məqsədlə hər il gənc nəslə idman mədəniyyətini təbliğ edən idman səfirləri təyin olunur. 

Nazir həmçinin milli çempionat zamanı futbol komandalarına azarkeş dəstəyinin vacibliyini vurğulayıb və nümunə kimi Niderlandın “Ayaks” klubunun azarkeşlərini göstərib. O bildirib ki, bu azarkeşlər mahnıları və ənənələri ilə turnirdən asılı olmayaraq daim komandalarının yanındadı. 

Qayıbov 2026-cı ildə Azərbaycanda keçiriləcək qarşıdakı yarışlardan da danışıb və çıxışını uşaqlıqdan idmana olan sevgisinin necə yarandığına dair bir xatirə ilə yekunlaşdırıb.

“PODKAT” layihəsinin tam versiyasını aşağıdakı link vasitəsilə izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=ffIU6gWuN1U

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC