Erməni xizəkçi “Azərbaycan” yazısını gizlətməyə çalışdı - cəzalandırıldı

İtaliyada keçirilən “Tour de Ski” yarışlarında iştirak edən erməni xizəkçi Mikael Mikaelyan cəzalandırılıb.

Presssport.az xəbər verir ki, buna səbəb onun formasında yarışın sponsorlarından olan Azərbaycanın adı yazıldığı hissəni örtməsi olub.

Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) idmançının bu hərəkətinin yolverilməz olduğunu bildirib. 

Mikaelyan isə həmin hərəkəti niyə etməsinin səbəbini açıqlamayıb: “Bu, mənimlə münsiflər heyəti arasında qalacaq”.

Onu da bildirək ki, sözügedən federasiya Azərbaycanla 5 illik sponsorluq müqaviləsi imzalayıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC