ACF tərəfindən ölkə üzrə 80 idman zalına ümumilikdə 6000-dək tatami təhvil verilib - 2025-də

Azərbaycan Cüdo Federasiyasının (ACF) əsas fəaliyyət istiqamətlərindən biri regionlarda cüdonun inkişafı, eləcə də idman infrastrukturunun mərhələli şəkildə gücləndirilməsidi.

Presssport.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə ötən il ərzində ölkə üzrə 80 idman zalına ümumilikdə 6000-dək “Taishan” markalı tatami təhvil verilib.

2022-ci ildən etibarən Bakı və regionları əhatə edən genişmiqyaslı dəstək çərçivəsində federasiya tərəfindən 179 idman zalına ümumilikdə 13 200 tatami paylanılıb.

Bununla paralel olaraq, 2022-25-ci illərdə ACF tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zalları istifadəyə verilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC