Ermənistan "Azərbaycan" yazısını lentlə örtən xizəkçiyə görə cərimə ödəyəcək

Ermənistan Xizək Federasiyası "Tour de Ski" turniri zamanı erməni xizəkçi Mikael Mikaelyana Beynəlxalq Xizək və Snoubord Federasiyası (FİS) tərəfindən təyin edilmiş cəriməni ödəyəcək.

Presssport.az xəbər verir ki, bu barədə Ermənistan Xizək Federasiyasının Prezidenti Qaqik Sarqisyan sosial şəbəkələrdə bildirib.

Cərimənin səbəbi Mikaelyanın yarış zamanı geyimindəki "Azərbaycan" yazısını yapışqanlı lentlə örtməsi olub. Qeyd olunan yazı turnirin rəsmi sponsorunun adıdır, çünki 2025-ci ildən Azərbaycanın dövlət turizm qurumu FİS-in titul sponsoru olub. Buna səbəbdən onun adı Dünya Kuboku mərhələləri, dünya çempionatları və digər böyük yarışların iştirakçılarının idman formalarında məcburi şəkildə yerləşdirilir.

Sarkisyanın sözlərinə görə, problem hələ 2025-ci ilin mayında, Azərbaycanın beynəlxalq federasiyanın sponsoru olmaqla yanaşı, yaxın zamanda onun tamhüquqlu üzvü olacağı məlum olduqda yaranıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC