"Araz-Naxçıvan" klubunun rəhbərliyi, məşqçi heyəti və futbolçuları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində yaşayan uşaqlarla görüşüb.
Presssport.az xəbər verir ki, yeni ilin ilk günlərində təşkil edilən görüş uşaqların sosial inkişafına dəstək vermək, onlara idmanın, o cümlədən futbolun faydalarını, sağlam həyat tərzinin əhəmiyyətini anlatmaq və onlarda idmana marağı artırmaq məqsədi daşıyıb.
Görüş zamanı uşaqlar qonaqlar üçün hazırladıqları musiqi nömrələrini və müxtəlif rəqsləri nümayiş etdirib.
Daha sonra futbolçular uşaqlarla əyləncəli oyunlar oynayıb, onları maraqlandıran sualları cavablandırıblar. Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Onu da bildirək ki, Uşaq evinin sakini Qənirə Zeynalova "Araz-Naxçıvan"ın 16 yaşadək qızlardan ibarət komandasının heyətində çıxış edir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC