AKAF-ın hesabat xarakterli iclası keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) İdarə Heyətinin 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat xarakterli iclası keçirilib.

Presssport.az AKAF-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə baş katib Fərhad Əliyev maliyyə hesabatını, il ərzində həyata keçirilmiş layihələri və qazanılmış nəticələri təqdim edib.

Daha sonra iclasın gündəliyində yer alan digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Qərara əsasən, federasiyanın Hakimlər Kollegiyası yaradılıb və İlqar Tağıyev kollegiyanın sədri seçilib.

İclasda həmçinin kanoe üzrə yığmaya Aleksandr Jukovskinin baş məşqçi təyin edilməsi təsdiqlənib. Akademik avarçəkmə üzrə millinin baş məşqçisi Volodimir Morozovun isə növbəti Olimpiya dövrü üçün fəaliyyətini davam etdirməsi qərara alınıb.

Onu bildirək ki, iclasda federasiyaya yeni üzvlər də seçilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC