Əmrah Çəlikəl mükafata layiq görülüb

“Sportsman" jurnalının “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib.

Presssport.az xəbər verir ki, ötən ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.

“Qarabağ”ın baş direktoru Əmrah Çəlikıl də mükafatlandırılıb. Ona Azərbaycan futbolunun inkişafındakı xidmətlərə görə “Zəfər” mükafatı təqdim edilib.

2004-cü ildən "Qarabağ"da çalışan Çəlikəl bu müddətdə 11 dəfə Azərbaycan çempionu (2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24, 2024/25), 7 dəfə ölkə kubokunun (2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22 və 2023/24) qazanılmasında pay sahibi olub. Bu illər ərzində Ağdam təmsilçisi ardıcıl 12 dəfə avrokubokların, o cümlədən 2 dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib, 1 dəfə Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC