"Araz-Naxçıvan"ın ukraynalı baş məşqçisi Andrey Demçenko “Neftçi”nin çalışdırıcısı olan həmyerlisi Yuri Vernidub kimi yalnız öz dilində danışmayacaq.
Bu barədə Presssport.az-a 49 yaşlı mütəxəssis danışaraq, klubdan ayrıca tərcüməçi tələb etməyəcəyini gizlətməyib: "Burda çoxlu legioner var. Tərcüməçimiz ingilis, ispan, portuqal və rusca bilir. Mətbuat konfranslarında isə ukraynca da danışa bilərəm, rusca da. Hazırda Ukraynada elə vəziyyətdi ki, hərbi əməliyyatlarla bağlı ölkəmizdə vətənpərvərlik əlaməti kimi ukraynca danışırıq. Bunu anlayırıq. Amma Xarkov, Zaporojye, Dneprepetrovsk kimi elə regionlar var idi ki, orda adi həyatda rusca danışırdılar. İndisə vəziyyət fərqlidi - hamı ukraynca danışır. Mən də mətbuat konfranslarında Ukrayna dilində danışmağa çalışacam. Bundan ötrü bizim dildən azərbaycancaya çevirən tərcüməçiyə də ehtiyac yoxdu. Çünki rus və Ukrayna dilləri oxşardı".
Onu da bildirək ki, Demçenko "Qəbələ"yə Bakı Olimpiya Stadionunda 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra azərbaycanlı jurnalistlərə müsahibəni ukraynca yox, rus dilində verib. Vernidub isə rus dilində danışmaqdan imtina edib və ukraynca danışıqlarını tərcümə etməkdən ötrü tərcüməçi ayrılıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC