Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların dünya reytinqini açıqlayıb.
Presssport.az xəbər verir ki, "Qarabağ" reytinqdə geriləyib. Ağdam təmsilçisi 182,5 xalla 68-ci pillədən 69-cu yerə enib.
"Sabah" isə 93,5 xalla 252-ci mövqedən 224-cü sıraya yüksəlməyi bacarıb. "Zirə" də "Qarabağ" kimi geriləyib, onlar 66,75 xalla 360-cı yerdən 389-cu pilləyə enib.
"Araz-Naxçıvan" 60,25 xalla 486-cı sıradan 456-cı yerə qalxıb. "Neftçi" 51,25 xalla 563-cü pillədən 553-cü mövqeyə irəliləyib.
Onu da bildirək ki, turnir cədvəlində 613 xalla PSJ liderdi.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC