Eldar Əzimzadənin məzarı ziyarət olunub - Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin təşəbbüsüylə

Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin təşəbbüsü ilə beynəlxalq dərəcəli futbol hakimi olmuş Eldar Əzimzadənin məzarı ziyarət edilib.

Qurumdan Presssport.az-a verilən məlumata görə, ziyarət zamanı birliyin nümayəndələri, veteran hakimlər və idman ictimaiyyətinin üzvləri mərhum referinin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyub.

Əzimzadə Azərbaycan futbol hakimliyinin inkişafında xüsusi xidmətləri olan, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmiş nüfuzlu hakimlərdən biri olub. Onun zəngin hakimlik yolu və peşəkar fəaliyyəti bu gün də gənc hakimlər üçün örnək hesab olunur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC