AFFA prezidentindən "Qarabağ"a təbrik

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ”ı Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Almaniyanın “Ayntraxt” klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

Presssport.az xəbər verir ki, qurum rəhbəri bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda “Qarabağ” Futbol Klubu böyük əzmkarlıq nümayiş etdirərək Almaniyanın güclü təmsilçisi “Ayntraxt” üzərində inamlı qələbə qazandı. Bu uğurlu nəticə münasibətilə komandamızı və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, növbəti oyunlarda yeni qələbələr arzulayırıq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC