“Qarabağ” Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 7-ci turunda "Ayntraxt" (Almaniya) üzərində möhtəşəm qələbə qazanıb.
Presssport.az xəbər verir ki, Ağdam klubunun 3:2 hesabı ilə qalib gəldiyi oyunda qələbə qolunu 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə vurub.
29 yaşlı mərkəz müdafiəçisi bununla da “Qarabağ”ın ÇL-in əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub. “Köhlən atlar” tarixində 2-ci dəfədi bu mərhələdə çıxış edir və 2017/18 mövsümündə 2, bu mövsüm isə hələlik 13 qol vurub. Ən əsası, bunadək qol müəllifləri yalnız əcnəbi futbolçular olmuşdu.
Onu da bildirək ki, “Qarabağ”la yanaşı, “Neftçi”ylə “Qəbələ” də ÇL-in qrup mərhələsində çıxış edib və ilk, eyni zamanda yeganə qol vuran azərbaycanlı futbolçu Rəşad Sadiqov olub. “Neftçi”nin kapitanı olmuş, hazırda “Qarabağ”ın U-19 komandasının baş məşqçisi olan keçmiş yarımmüdafiəçi Avropa Liqasının son qrup matçında Milanda “İnter”ə (2:2) baxımlı qol vurmuşdu.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC