Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyi Qarabağa səfər edib.
Presssport.az xəbər verir ki, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev, Fərid Mansurov, qurumun baş katibi Pərvin Piriyev, yunan-Roma güləşi üzrə koordinator Rafiq Hüseynov Şuşa və Xankəndidə görüşlər keçirib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində, Şuşa şəhər məktəbində və Qarabağ Universitetində olan federasiyanın funksionerləri həmin məkanlarda rəsmi şəxslərlə yanaşı, məktəblilər və tələbələrlə görüşüb. Azərbaycan idmanında uğurlarıyla parlaq iz qoymuş Abdullayev, Mansurov və Hüseynov öz karyeralarından danışıb, yeniyetmə və gənclərin suallarını cavablandırıb və tövsiyələrini çatdırıb.
Bildirilib ki, Güləş Federasiyası bu tip motivasiya xarakterli görüşləri sistemli şəkildə davam etdirəcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC