Azərbaycan Premyer Liqasının 17-ci turu “Neftçi” üçün yubileylə əlamətdar olub. “Ağ-qaralar” “Zirə” ilə ev görüşündə qolsuz heç-heçə edib - 0:0.
Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, “Neftçi”nin Azərbaycan çempionatlarında 100-cü belə matçı olub. Bakı klubu qolsuz heç-heçələrin sayında yalnız “Qarabağ”dan (107) geri qalır.
"Ağ-qaralar”ın ilk qolsuz matçı 1993-cü il martın 6-da “Turan”la ev qarşılaşmasına təsadüf edib. Cari mövsümdə isə 4-cü dəfə belə nəticə qeydə alınıb. Paytaxt təmsilçisi 49 dəfə səfərdə, 1 dəfə neytral meydanda qolsuz oyunun iştirakçısı olan komanda 50-ci dəfə ev görüşünü 0:0 ilə tamamlayıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC