"Şamaxı"dan 30-cu böyükhesablı məğlubiyyət

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu böyükhesablı məğlubiyyətini alıb. Bu, Azərbaycan Premyer Liqasının 17-ci turunda qeydə alınıb.

Presssport.az PFL-ə istinadən xəbər verir ki, “Qəbələ”ni qəbul edən Şamaxı təmsilçisi 0:4 hesabı ilə uduzub. Bu, komandanın evdə 9-cu, ümumilikdə 30-cu böyükhesablı yenilgisi kimi tarixə düşüb.

Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşımış klubun ilk belə məğlubiyyəti 1999/2000 mövsümündə qeydə alınıb. 1999-cu il noyabrın 13-də “Şəmkir”in qonağı olan komanda 6 cavabsız qol buraxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC