Fariz Nəcəfov: “Komandanın yaxşı oynadığını görürdük, amma nəticə əldə edə bilmirdik”

“Yeni ildə ilk oyunumuz idi. Bilirdik ki, birinci qarşılaşmalar həmişə çətin keçir. Sevinirik ki, qələbə qazandıq. İnşallah, növbəti oyunlara baxacağıq”.

Presssport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə “Şamaxı”nı 4:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, liqada qalmaq uğrunda əsas rəqibləri olan “Karvan-Yevlax” və “Kəpəz”in nəticələri ilə çox da maraqlanmadığını gizlətməyib: “Yalnız öz komandamızın çıxışı ilə maraqlanırıq. Hər oyunda komandadan qələbə gözləyirik. Hansısa matçda nəticə olmayanda artıq növbəti görüşə baxırıq. Komandanın yaxşı oynadığını görürdük, amma nəticə əldə edə bilmirdik. “Şamaxı” ilə matçdakı nəticəyə sevinirik. Digər rəqiblərin oyunlarına baxmıram. Özümüz xal qazanmalıyıq, turnir cədvəlindəki yerimizi yaxşılaşdırmalıyıq”.

“Legioner limitinin ləğvindən sonra Azərbaycan Premyer Liqasında səviyyə baxımından nə dərəcədə fərq var?” sualını F.Nəcəfov belə cavablandırıb: “Bu, bir az geniş mövzudur. Bu haqda qısa danışa bilmərəm. Çünki məni razı salmayan bir çox şeylər var. Yaxın zamanlarda o barədə ətraflı danışarıq”.

Sonda “Qəbələ”nin prezidenti klub akademiyasının fəaliyyətini bərpa etmə perspektivindən söz açıb: “Akademiya mövzusu hazırda müzakirə olunmur. Real vəziyyət hər kəsə məlumdur. Amma gələcəkdə mümkündür” (futbolxeber.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC