“Turan Tovuz”un futbolçusu Rəhim Sadıxov Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu qolunu vurub.
Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 17-ci turuna təsadüf edib.
Sadıxov “Sumqayıt”la ev oyununda qələbə topunun müəllifi olub. O, 30-cu qolunu 185-ci matçında vurub. Yarımmüdafiəçi “Sumqayıt”da 17, “Zirə”də 10, “Turan Tovuz”da 3 dəfə fərqlənib.
Rəhim çempionatın tarixində yüksək liqada 30 və daha çox qol vuran 104-cü oyunçudu. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov, Orxan Əliyev və Valter Quqlemonla 100-cü yerə şərikdi.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC