Bunu görmək üçün 999 gün gözləməli olduq...

Azərbaycan Premyer Liqasının XVII turu Hayderson Hurtadonun bir oyunda hər iki qapıya qol vurması ilə yadda qalıb. “Turan Tovuz”un futbolçusu “Sumqayıt”la ev oyununda (2:1) əvvəl hesabı açıb, ardınca avtoqolla bərabərliyə səbəb olub.

Presssport.az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqada sonuncu belə hadisə 427 gün əvvəl - ötən mövsüm yaşanmışdı. 2024-cü il noyabrın 24-də Orxan Əliyev “Sabah” - “Kəpəz” görüşündə (2:2) hər 2 mənada fərqlənib. “Kəpəz”in futbolçusu XIII turda həm hesabı açıb, həm avtoqolla bərabərlik topunu vurub. Lakin Hurtadodan fərqli Əliyev bunu ilk 45 dəqiqədə gerçəkləşdirib.

Haydersona qədər belə halla üzləşən sonuncu legioner isə Mateus Saldanya olub. O, 999 gün əvvəl - 2023-cü il mayın 2-də keçirilən “Neftçi” - “Qarabağ” görüşündə (2:4) 40-cı dəqiqdə qonaqların, 15 dəqiqə sonra öz komandasının qapısına yol tapıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC