Elvin niyə "Başuvaaa" dedi? - Mem olan ifadənin tarixçəsi

"Qarabağ“ın müdafiəçisi Elvin Cəfərquliyevin bu hərəkəti  sosial mediada gündəm olub.

Onun Çempionlar Liqasında “Ayntraxt Frankfurt”la oyundan sonra aparıcının əlindən mikrafonu alıb, “Başuvaaa” deməsi müzakirələrə səbəb olub. 

Bəs, Elvin Cəfərquliyev bu sözü niyə deyib? “Başuva” nə deməkdir? Necə olub ki, bu söz sosial mediada memə çevrilib və Çempionlar Liqasına qədər gedib çıxıb? 

Presssport.az  xəbər verir ki, Şirvan şəhərində dönər satan Şahin adlı usta müştərilərinə “Başına dönərəm” deyərək videolar paylaşmağa başlayıb. Şirvan ləhcəsində danışan dönərçi Şahin ustanın müştərilərlə səmimi söhbətləri onu sosial şəbəkələrdə məşhurlaşdırıb. 

Şahin ustanın Şirvandakı dönərxanası da “Başuva dönərəm” adlanır. 

Əksər videolarda usta "başuvaaa" deyərək paylaşım edib.Sözügedən ifadə də buradan yayılıb və sosial mediada trend olub.

Qeyd edək ki,Elvin Cəfərquliyev 26 oktyabr 2000-ci il tarixdə Bakı şəhərində anadan olub.

Azərbaycan Premyer Liqasında çıxış edən Ağdamın "Qarabağ" klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisidir. Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin 2024-cü il tarixində açıqladığı məlumata görə, futbolçunun dəyəri 1,8 milyon manatdı (oxu24.com)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC