ABŞ səfirliyindən "Qarabağ"a təbrik: "Bu, Azərbaycan futbolu tarixində ilk belə uğurdu"

ABŞ-nin Azərbaycandakı səfirliyi "Qarabağ"ı Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

Presssport.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paaylaşım edilib:. "ABŞ Səfirliyi "Qarabağ"ı UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə səmimi-qəlbdən təbrik edir. Bu, Azərbaycan futbolu tarixində ilk belə uğurdu! Bu nailiyyət Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın məntiqi nəticəsidi. ABŞ iyun ayında FIFA Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşarkən, idmanın insanları bir araya gətirmək və sərhədləri, mədəni fərqləri aşmaq kimi bənzərsiz gücünü bir daha xatırlayırıq. Dünyanın dörd bir yanında azarkeşlər üçün futbolun sevincini yaşadacaq daha çox unudulmaz anların olacağına inanırıq!"

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC