Azərbaycanın qadınlardan ibarət millisinin və "Hamburq"un futbolçusu Nigar Mirzəliyeva Almaniya Bundesliqasında debüt edib.
Presssport.az xəbər verir ki, 23 yaşlı müdafiəçi "Frayburq"a qarşı görüşdə 90 dəqiqə oynayıb.
Matçda onun komandası 2:0 hesabı ilə qalib gəlib.
Nigarın oyunu isə 7.1 xalla qiymətləndirilib. Bu da "Hamburq"dakı ən yüksək göstərici olub.
Hazırda turnir cədvəlində "Frayburq" 26 xalla 6-cı, "Hamburq" isə 10 xalla 12-cidir. Sıralamaya 43 xalla "Bavariya" liderlik edir.
Xatırladaq ki, Mirzəliyeva yanvarın 24-də "Hamburq"la ilə 2,5 illik müqavilə imzalayıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC