Azərbaycan çempionatları tarixinə belə düşdü - "Qəbələ"nin legioneri

Premyer Liqanın 18-ci turu mövsümün 2-ci het-triki ilə əlamətdar olub.

Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ”nin futbolçusu Domi Massumo “İmişli” ilə ev oyununda (3:2) qol vurub.

Konqolu hücumçuya qədər Toral Bayramov fərqlənib. “Qarabağ”ın futbolçusu 5-ci turun “Araz-Naxçıvan”la səfər görüşündə (5:0) üç dəfə qol sevinci yaşayıb.

Domi Premyer Liqanın tarixində milliləşənlər də daxil olmaqla legionerlərin ümumilikdə 50-ci het-trikinə imza atıb. Bunlardan 42-si legioner statuslu, 8-i Azərbaycan pasportuna malik xarici futbolçuların payına düşür.

Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner Davit Volkovdu. Cari mövsümdə “Zirə”də çıxış edən gürcüstanlı hücumçu 4 matçda belə fərqlənib. 

Əcnəbilərin ilk het-trikinə isə onun həmyerlisi, sonradan milliləşən Badri Kvaratsxeliya imza atıb. O, “Kəpəz” forması geyindiyi 1997/98 mövsümündə 2 het-trik müəllifi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC