“Sumqayıt” sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

“Sumqayıt” Futbol Klubu, “SOCAR Polymer” MMC və “Azərikimya” İB-nin birgə təşəbbüsü ilə Sumqayıt şəhərində yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdləri ilə görüş təşkil olunub.

Presssport.az xəbər verir ki, görüşdə “Azərikimya” İB-nin Baş Direktorunun müavini Emin İsmayılov, “SOCAR Polymer” MMC-nin Daxili Audit, Sənədlərin İdarəedilməsi və Arxiv departamentinin direktoru Elvin Rzayev “Sumqayıt” FK-nın vitse-prezidenti Aydın Xəlilov, İdman direktoru Faiq Hacı-Məhərrəmov, baş məşqçi Saşa İliç, əsas komandanın məşqçiləri, futbolçu heyəti və klubun digər əməkdaşları iştirak edib.

Görüşdə məktəbin şagirdləri tərəfindən hazırlanmış çıxışlar təqdim olunub, onlarla maraqlı söhbətlər aparılıb. Şagirdlər komandanın futbolçuları ilə fotolar çəkdirib, daha sonra isə onlara hədiyyələr təqdim olunub. 

Yekunda isə xatirə şəkli çəkdirilib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC