Velosiped İdmanı Federasiyası və AHİİTA arasında Memorandum imzalanıb

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) arasında Memorandum imzalanıb.

Bu barədə Presssport.az-a AzVİF-dən məlumat verilib.

Memorandumu AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov və AHİİTA-nın direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Fikrət Hacıyev imzalayıb.

Memorandumda tərəflərin birgə sosial proqramların icrası, velosiped idman növlərinin ölkə üzrə təşviqi, idman strukturlarından və qurğularından qarşılıqlı istifadə, müxtəlif tədbirlərin təşkili və digər məsələlər əksini tapıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC