Elxan Məmmədov Kosta-Rikada futbol meydançalarının açılışında iştirak edib

Kosta-Rika “FİFA Arena” layihəsinə qoşulan ilk KONKAKAF üzvü olub.

Presssport.az xəbər verir ki, Kosta-Rika Futbol Federasiyası ölkə üzrə uşaqların gələcəyini yaxşılaşdırmaq məqsədilə FIFA-nın dəstəyi altında həssas icmalarda ölkənin ilk kiçik tutumlu futbol meydançalarını inşa edib.

Hər iki federasiya layihə üzrə ötən ilin sonlarından etibarən çalışıb və bu ilin fevralın bu təşəbbüs altında Alahuela əyalətində yerləşən Bolivar Texniki Peşə Məktəbində rəsmi açılış həyata keçirilib. Bunun sayəsində məktəblərdən, kütləvi futbol proqramlarından və gənclər klubları üzvlərdən olan təxminən 2000 nəfər yeni idman qurğularından faydalanacaq.

Açılış mərasimində iştirak edənlər arasında FİFA-nın Üzv Assosiasiyalar Bölməsinin direktoru, AFFA-nın sabiq baş katibi Elxan Məmmədov də olub. Mərasimdə onunla yanaşı, Amerika qitəsi üzrə Üzv Assosiasiyalar Altbölməsinin direktoru Jair Bertoni və “FIFA Arena” layihəsinin baş koordinatoru Aymane Zurhlal da iştirak edib.

“FiFA Arena” təşəbbüsü qurumun prezidenti Canni İnfantinonun 2024-cü ilin iyulunda Fransanın Paris şəhərində keçirilən “İdmanın Dayanıqlı İnkişafı” Sammitində verdiyi öhdəliyin icrasını təmin edir. Həmin vaxt İnfantino, FiFA-nın 2031-ci ilə qədər dünyada kiçik həcmli 1000 futbol meydançası tikmək məqsədini açıqlamışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC