Azərbaycanda klub prezidenti qol vurdu!

I Liqada Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirilmiş “Şahdağ Qusar” – “Difai” (4:0) matçında maraqlı hadisə baş verib.

Presssport.az xəbər verir ki, Qusar təmsilçisinin prezidenti, eyni zamanda futbolçusu olan Rahid Əmirquliyev 59-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Xatırladaq ki, bu mövsümdən klub prezidenti də olan 37 yaşlı yaşlı Əmirquliyev müxtəlif vaxtlarda millimizdə, eləcə də “Xəzər Lənkəran” və “Qarabağ”da da oynayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC