“Neftçi” PFK-nın rəsmi mağazası bundan sonra “28 Mall”da yerləşən “Decathlon”da da fəaliyyət göstərəcək.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bi gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub.
Tədbirdə klub rəsmiləri ilə yanaşı, futbolçuları – Emin Mahmudov, Vensan Abubakar və Murad Məmmədov da iştirak edib. Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən “Neftçi” azarkeşləri onlarla xatirə şəkilləri çəkdirib.
Açılışa qatılan qonaqlara “Neftçi” PFK-dan xüsusi hədiyyələr də təqdim olunub.
Xatırladaq ki, bundan əvvəl “Gənclik Mall”da yerləşən “GO Sport”da "Neftçi"nin rəsmi mağazasının açılışı baş tutmuşdu.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC