Cüdoçumuz Parisdə "Böyük Dəbilqə"nin qalibi oldu

Azərbaycanın cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi olub.

Presssport.az xəbər verir ki, o, finalda ukraynalı Dilşot Xalmatova qalib gələrək qızıl medala yiyələnib.

Balabəy yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizi (İsrail) üstələyib.

Ruslan Paşayev (66 kq) isə yarımfinalda uduzduğu üçün 3-cü yer uğrunda görüşə çıxacaq. Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) məğlub olaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda 8 cüdoçu ilə təmsil olunur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC