Milli Paralimpiya Komitəsi Azərbaycan idmançılarının indiyədək Yay Paralimpiya Oyunlarında qazandığı medalların sayını açıqlayıb.
Milli Paralimpiya Komitəsindən Presssport.az-a verilən məlumata görə, bu müddət ərzində 38 paralimpiyaçımız mükafatçılar sırasında yer alıb, ümumilikdə 68 medal əldə edilib. Medalların 27-si qızıl, 21-i gümüş və 20-si bürünc əyarlıdı.
İdmançılarımız ümumilikdə 27 Paralimpiya, 29 dünya (4-ü komanda yarışında) və 55 Avropa çempionluğu (4-ü komanda/estafet yarışında) qazanıb.
Onu da bildirək ki, fevralın 9-da Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 ili tamam olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC