"Kəpəz" son 13 ilin rekordunu müəyyənləşdirib

"Kəpəz" Azərbaycan çempionatında son 13 ilin rekorduna imza atıb.

Pressssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisinin heç-heçəsiz oyunlar seriyası qırılıb.

"Sarı-göylər" son olaraq Premyer Liqanın XIX turunda "İmişli" ilə bərabərə qalıb - 0:0.

"Kəpəz" ötən çempionatın sonunda da 3 matçda bərabərə qalmamışdı.

Qərb təmsilçisinin son heç-heçəsi 2025-ci il mayın 4-də "Neftçi" ilə görüşdə qeydə alınmışdı - 2:2. Sonrakı 21 matçda 5 qələbə və 16 məğlubiyyət qeydə alınıb.

281 gündən sonra qırılan bu seriya son 13 ilin rekordudu. Daha uzun heç-heçəsiz seriya sonuncu dəfə 2012-13-cü illərə təsadüf edib. Həmin vaxt "Rəvan" 25 görüşdə "sülh"süz oynayıb.

Çempionatın mütləq rekordu isə 1996-98-ci illər aralığında 51 oyunu heç-heçəsiz bitən "Şəfa"ya məxsusdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC