“Turan Tovuz”un kapitanı Faiq Hacıyev Premyer Liqada 100-cü oyununu keçirib.
Presssport.az PFL-in rəsmi saytına istnadən xəbər verir ki, onun yubileyi “Karvan-Yevlax”la matça (1:0) təsadüf edib.
Futbolçu Azərbaycan Premyer Liqasının 19-cu turunun görüşünə start heyətində çıxıb.
Faiq keçirdiyi 100 qarşılaşmada 3 qol vurub. 25 yaşlı müdafiəçi iki klubun formasını geyinib. 2019/20 mövsümündə “Qəbələ” forması ilə Premyer Liqada debüt edən Hacıyev “qırmızı-qaralar”la 6 oyuna çıxıb. O, “Turan Tovuz”dakı 94 görüşdə 3 qol vurub.
Onu da bildirək ki, Faiq turnirin tarixində 100 və daha çox oyun keçirən 451-ci futbolçu olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC