WADA Bakıda keçiriləcək simpoziumla bağlı paylaşım edib

Ümumdünya Antidopinq Agentliyi (WADA) martın 18-19-da Bakıda keçiriləcək Avropa üzrə Regional Simpoziumla bağlı rəsmi dəvət xarakterli paylaşım edib.

Presssport.az AMADA-ya istinadən xəbər verir ki, sözügedən video qurumun rəsmi sosial media kanallarında və internet səhifəsində yayımlanıb.

Videoda çıxış edən AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə tədbirin əhəmiyyəti, əsas məqsədləri və antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Bakı simpoziumunun Avropa regionu üçün strateji platforma olduğunu diqqətə çatdırıb.

Bu paylaşım WADA-nın simpoziuma verdiyi önəmi və qlobal antidopinq ictimaiyyətini tədbirə cəlb etmək istiqamətində apardığı fəal məlumatlandırma fəaliyyətini nümayiş etdirir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC