I Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Səbail” futbol klubunun üzvü Ruslan Voronsov mükafatlandırılıb.
Presssport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Dekabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı XIV turun “Səbail” - “Şəfa” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.
Xatırladaq ki, Ruslanın qış fasiləsinədək çıxış etdiyi “Şahdağ Qusar”ın heyətində “Mingəçevir”ə vurduğu qolu ən yaxşı seçilib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC