"Neftçi" Anatoli Banişevskini unutmadı

Sabah “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günündən 80 il ötür. Presssport.az xəbər verir ki, bununla əlaqədar olaraq, “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer, əsas komandanın baş məşqçisi Yuri Vernidub, kapitan Emin Mahmudov, mərhumun həyat yoldaşı İnna Banişevskaya, qızı Marina və klubun digər nümayəndələri Banişevskinin II Fəxri Xiyabandakı qəbrini ziyarət edib.

“Əfsanəvi futbolçumuzun xatirəsini yaşatmaq “Neftçi” Peşəkar Futbol Klubunun, ümumiyyətlə, hər bir “Neftçi”sevərin borcudur” – deyə qeyd edən baş icraçı direktor yubileylə əlaqədar klubun planlaşdırdığı tədbirlərlə bağlı onun ailəsinə məlumat verib. Mərhumun həyat yoldaşı İ.Banişevskaya da A.Banişevskini unutmadıqlarına görə kluba minnətdarlığını bildirib.

Məzarın önünə “Neftçi” PFK tərəfindən əklil və gül dəstələri qoyulub. 

Allah rəhmət eləsin!

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC