"Neftçi"nin stadionunda Anatoli Banişevskinin adını daşıyacaq - ən böyük tribunalardan biri

Bu gündən etibarən “Neftçi”nin stadionunun ən böyük tribunalarından biri – “Cənub” tribunası Azərbaycan futbolunun əfsanəsi, anadan olmasından 80 il ötən Anatoli Banişevskinin adını daşıyacaq.

Presssport.az xəbər verir ki, bununla bağlı klubun mətbuat xidməti məlumat yayıb.

Bununla “Neftçi” PFK əfsanəvi “9 nömrə”nin adının əbədiləşdirilməsi yolunda növbəti addımı atır. “Palms Sports Arena“dakı “Anatoli Banişevski” tribunası isə bundan sonrakı bütün ev oyunlarımızda ölkənin ən böyük və sadiq azarkeş ordusunun yolunu gözləyir.

Xatırladaq ki, Banişevskinin bu gün 80 illik yubileyidi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC