“Neftçi”də 9 nömrə əbədiləşdirildi

"Neftçi" Peşəkar Futbol Klubu Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin 80 illik yubileyi ərəfəsində tarixi qərar qəbul edib. 

Paytaxt təmsilçisindən Presssport.az-a verilən verilən məlumata görə, unudulmaz hücumçunun geyindiyi 9 nömrəli formanı əbədiləşdirib.

Llubun yaydığı məlumatda formanın əhəmiyyəti xüsusi vurğulanıb:

"O, 16 il ərzində bu nömrəni şərəf və sədaqətlə geyindi. Bu formanı heç nəyə dəyişmədi. Bu nömrə altında saysız-hesabsız qələbə qolu vurdu, “Neftçi” adını yüksəklərə daşıdı. Bundan sonra da “Neftçi”nin 9 nömrəli forması əbədiyyətə qədər Anatoli Banişevskinin olacaq".

"Ağ-qaralar" bu qərarın 2026/27 mövsümündən etibarən qüvvəyə minəcəyini bəyan edib:

"Neftçi" Peşəkar Futbol Klubunun qərarı ilə, 2026/27 mövsümündən etibarən komandanın 9 nömrəli forması fevralın 23-də anadan olmasından 80 il ötən unudulmaz Anatoli Banişevskinin xatirəsinə əbədiləşdirilir. Bu, fəaliyyətdə olduğu 89 il ərzində Azərbaycan futbolunu hər zaman irəli aparmış “Neftçi”yə, onun şanlı tarixinə, formasını geymiş yüzlərlə futbolçuya əfsanəvi Anatoli Banişevskinin simasında sərgilədiyimiz hörmətdir".

Xatırladaq ki, "Neftçi"də hazırda 9 nömrə"ni, cari çempionatda məhz 9 qolla bombardiri (Premyer Liqada da şərikli bombardirlərdən biridi-red.) olan ingiltərəli hücumçu Bassala Sambu daşıyır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC