"Qarabağ" dünya reytinqində irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) komandalar üzrə son beş ilin dünya reytinqini açıqlayıb.

Presssport.az xəbər verir ki, Azərbaycan klubları arasında ən yüksək nəticə "Qarabağ"a məxsusdu. 

Belə ki, Ağdam klubu 768,75 xalla dünya reytinqində 71-ci pillədədir. 

Digər təmsilçilərimizin mövqeyi isə daha aşağı olub. “Neftçi” 300 xalla 375-ci sırada yer alıb. “Zirə” 290,5 xalla 399-cu, “Sabah” isə 283,25 xalla 411-ci pillədə qərarlaşıb.

Onu da bildirək ki, siyahıya 1753 xalla "Real" başçılıq edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC