AFFA nümayəndələri Tiranada UEFA-nın seminarında iştirak edib

24-25 fevral tarixlərində Albaniyanın paytaxtı Tiranada UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda regional seminar keçirilib.

Presssport.az xəbər verir ki, seminarda AFFA-nın Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları – departamentin rəisi Seymur Səlimli, Lisenziya şöbəsinin baş mütəxəssisi Aynur Abdullayeva və aparıcı mütəxəssisi Nərmin Sidaliyeva iştirak ediblər. Seminar zamanı aşağıdakı mövzular müzakirə olunub:

- UEFA-nın çoxklublu mülkiyyət tələbləri və onların tətbiqi
- Avropa Futbol mühiti
- Yerli maliyyə monitorinqi
- Hüquqi qrup strukturu və hesabat perimetri
- UEFA həmrəylik mexanizmi və klub lisenziyalaşdırılması

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC