Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra "Qarabağ" turnirin ən çox seyv edən komandaları arasındadı.
Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin qapıçısının 45 seyvi var və ümumilikdə 4-cü yerdədi. Bu isə "Brügge" ilə eyni göstəricidir.
Norveçin "Bodo-Glimt" (56) klubu liderlik edir, ardınca “Real” (53) və iştirakını başa vurmuş "Kayrat" (47) gəlir.
Lakin bütün bu seyvləri edən "Qarabağ"ın qapıçısı Mateuş Koxalski bu kateqoriyada üçüncü yerdədir. Polşalı qolkiperi “Bodo-Qlimt"dən rusiyalı Nikita Haykin (56) və “Real”dan belçikalı Tibo Kurtua (48) qabaqlayır.
Bundan əlavə, "Qarabağ”ın kolumbiyalı müdafiəçisi Kevin Medina topu geri qazanma göstəricisinə görə (74) 2-ci yerə yüksəlib. Bu göstəricidə ən yaxşısı “Atletik”nun müdafiəçisi Aytor Paredes (77), 3-cüsü isə "Atalanta"nın müdafiəçisi Odilon Kossunudu (73).
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC