“Karvan-Yevlax” Futbol Klubu fiziki məhdudiyyətli gənc Anar Əzizovun ailəsini ziyarət edərək, ona xüsusi hədiyyələr verib.
Presssport.az xəbər verir ki, görüşdə baş məşqçi Füzuli Məmmədov, komanda üzvləri və klub nümayəndələri iştirak edib.
Serebral iflic xəstəliyindən əziyyət çəkən Anarın futbola olan böyük sevgisi və həyat hekayəsi klub rəhbərliyi və üzvləri tərəfindən böyük maraq və həssaslıqla qarşılanıb.
Ziyarət zamanı komandanın rəsmi forması da gənc futbolsevərə təqdim olunub. Klubun prezidenti Şahmar Vəliyevin Anara ünvanladığı xoş arzular və sağlamlıq diləkləri ailəyə çatdırılıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC