Kapitanı "Zirə"də 200-yə çatıb

Qismət Alıyev kapitanı olduğu “Zirə”nin heyətində 200-cü oyununu keçirib.

Presssport.az PFL-ə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçinin yubileyi Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab matçına (2:0) təsadüf edib.

Qəsəbə klubunun oyun sayında rekordçusu olan Alıyev 2020/21 mövsümündən çıxış etdiyi komandada 15 qol vurub. O, Premyer Liqada 166, ölkə kubokunda 22, avrokuboklarda 12 dəfə meydana çıxıb, çempionatda 13, avrokubokda 2 qola sevinib.

Maraqlıdı ki, Qismətin “Zirə”dəki debütü də “Sumqayıt”la matça təsadüf edib. Alıyev 2020-ci il oktyabrın 18-də Premyer Liqanın səfər görüşündə (1:2) meydana çıxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC