“Kəpəz”in sabiq futbolçusu Rövşən Əhmədov 59 yaşında meydana çıxıb.
Presssport.az xəbər verir ki, veteren oyunçu "VT Gəncə" komandasının heyətində AFFA Region Liqasındakı matçda iştirak edib.
Əhmədov "Naftalan"la qarşılaşmanın iştirakçısı olub ki, matç gəncələrin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb. Keçmiş hücumçu darmadağında qollardan birinin müəllifi olub.
Maraqlıdı ki, Əhmədov bunadək - konkret 3 il əvvəl də məhz “VT Gəncə”nin heyətində Region Liqasında oynayıb. O, hazırda “Kəpəz” Futbol Akademiyasında məşqçi işləyir.
Xatırladaq ki, Əhmədov futbolçu kimi “Kəpəz” in əfsanələrindən biri olaraq heyətində Azərbaycan çempionu və kubokunun qalibi adını qazanıb. O, “sarı-göylər”in heyətində çempionatın bombardiri də olub. Bu, 1995/96 mövsümündə komanda yoldaşı Fazil Pərvərovla birgə 23 qolla reallaşıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC