"Qarabağ" klubu meydana kənar şəxsin girməsinə görə 2 500 manat ödəyəcək

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2 500 manat cərimələyib.

 

Presssport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna "Şamaxı"ya qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda (3:1) yaşananlar səbəb olub.

 

"Köhlən atlar" 89-cu dəqiqədə meydana kənar şəxsin daxil olmasına görə ziyana düşüb. "Şamaxı" isə dörd nəfər sarı vərəqə aldığına görə 700 manat ödəyəcək.

 

"Zirə" ilə qarşılaşmada birbaşa qırmızı vərəqə alan "Sumqayıt"ın futblçusu Nikola Ninkoviçş 2 oyunluq cəzalanıb, "gənclik şəhəri" təmsilçisi 1000 manat cərimələnib.

 

"Sabah"la görüşdə birbaşa qırmızı vərəqə görən "Qəbələ"nin oyunçusu Adriel Ba Loua da çempionatdakı növbəti iki oyunda iştirak etməyəcək. "Qırmızı-qaralar"a isə 1000 manat cərimə tətbiq edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC