AFFA bir neçə klubu texniki məğlubiyyətlə cəzalandırıb

AFFA İntizam Komitəsi bir neçə kluba texniki məğlubiyyət verib.

 

Presssport.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

 

Fevralın 26-da keçirilməli olan "Sabirabad" – "Olimpik Sabirabad" matçı meydan sahiblərinin heyətində yetərsay olmadığı üçün baş tutmayıb. Bu səbəbdən "Sabirabad"a 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Martın 1-nə təyin edilən "Mərcanlı" – "Murov Kəlbəcər" oyununa meydan sahibləri gəlmədiyi üçün eyni cəza ilə üzləşib.

 

Aşağı yaş qrupları üzrə liqalarda da qayda pozuntuları qeydə alınıb. U-15 Liqasında fevralın 28-də keçirilməli olan ROFM – "Xocalı" oyununda ev sahibi komanda təcili tibbi yardım və ya həkim briqadasını təmin etmədiyi üçün ROFM-ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında isə "Ərgünəş" (Sumqayıt) – "Sunami" (Sumqayıt) matçından sonra "Ərgünəş"in heyətində lisenziyası olmayan futbolçu aşkarlandığı üçün komanda 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

 

Futzal üzrə yarışlarla bağlı da analoji qərarlar çıxarılıb. Martın 5-də keçirilməli olan "Araz-Naxçıvan" – "Lənkəran" oyununa "Lənkəran" komandası, I Liqanın "Yeni Suraxanı" – "Xan Lənkəran" görüşünə isə "Yeni Suraxanı" komandası təyin olunan vaxtda meydana çıxmadıqları üçün hər iki kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC