“Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov, futbolçulardan Kamran İbrahimov, Peter Kinqs, Qavi Thompson, Şakil Sno, Vüsal Məsimov, Moise, Olavale Doyeni və komandanın direktoru Elvin Əjdərli Yevlax rayonunda yerləşən 3 nömrəli tam orta məktəbdə görüş keçirib.
Presssport.az xəbər verir ki, tədbirdə məktəbin müəllim və şagird heyəti, həmçinin bəzi fəal azarkeşlər iştirak edib.
Tədbirdə çıxış edən Məmmədov yerli uşaqları futbola cəlb etmək üçün görüləcək işlərdən danışıb. Bundan sonra isə müəllim və şagirdlərlə komanda üzvləri arasında səmimi söhbət olub.
Sonda xatirə şəkli çəkilib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC