II Liqanının 16-cı turu çərçivəsində “Dinamo” öz meydanında “Şirvan”ı 3:1 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, bu oyun paytaxt klubunun hücumçusu Valeh Seyidov üçün əlamətdar olub.
Belə ki, bu gün 30 yaşı tamam olan təcrübəli forvard yubileyini qolla qeyd edib. Seyidov ardıcıl 3-cü matçda 6-cı, ümumilikdə isə mövsüm ərzində 9-cu qolunu vurub.
1996-cı il martın 4-də anadan olan Valeh “Bakı”nın yetirməsidi. O, bu klubun aşağı yaş qruplarının heyətində bir neçə dəfə ölkə çempionatının bombardiri olub, müxtəlif yaş qrupları üzrə milli komandalarımızda forma geyib. Seyidov həmçinin Portuqaliyada da legioner həyatı yaşamağa fürsət tapıb. 30 yaşlı forvard 2017/18 mövsümündə III Liqa təmsilçisi “Louletano”da çıxış edib. Son illər isə o, kapitan sarğısını daşıdığı “Dinamo”nun uğurları üçün çalışır.
Əlavə edək ki, Valeh həm də Vətən müharibəsi iştirakçısıdı.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC