"Sabah" Premyer Liqada 100 və daha çox qələbə qazanan 14-cü komanda olub

"Sabah" Premyer Liqada 100-cü qələbəsini qazanıb.

 

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, "Qəbələ" ilə ev oyununa təsadüf edib. Bakı klubu Misli Premyer Liqasının XXIII turunda 7:1 hesabı ilə qalib gəlib.

 

2018/2019 mövsümündən Premyer Liqada çıxış edən "Sabah" 235-ci matçında 100-ə çatıb. Bu qələbələrdən 52-si evdə, 48-i səfərdə əldə olunub. Paytaxt təmsilçisi turnirin tarixində 100 və daha çox oyunda qalib gələn 14-cü komandadır.

 

Qeyd edək ki, "Sabah" ilk qələbəsini 2018-ci il avqustun 12-də həmin vaxt "Keşlə" adlanan indiki "Şamaxı" üzərində qazanıb – 1:0.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC